Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az





(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Iş elanları
/
İş elanları
/
Marketinq, Reklam və PR
/
SMM menecer / Kontent menecer
/
Bakı
/
Social Media Specialist

Aventus Digital Consultancy

Social Media Specialist

600 - 700 ₼

№ 272329
Dərc edilib: 17.11.2026
Baxış sayı: 2471
Elanı Seçilmişlərə əlavə edin
Şəhər
Bakı
Yaş
20 yaşdan 45 yaşadək
Təhsil
-
İş təcrübəsi
1 ildən 3 ilə qədər

İş barədə məlumat

Aventus bizneslərin Google Axtarış, Google Xəritələr və süni intellekt platformalarında rəqəmsal görünürlüğünü idarə edən konsaltinq şirkətidir. Lokasiya Marketinqi, Lokal SEO, Google Business Profile idarəçiliyi, onlayn reputasiya idarəçiliyi, sosial media marketinqi (SMM), veb-sayt hazırlanması və digər rəqəmsal həllər üzrə fəaliyyət göstəririk. https://www.aventus.az/

Google ekosistemi və beynəlxalq rəqəmsal platformalar üzrə ixtisaslaşan komandamız dünyanın aparıcı Location Marketing və Digital Presence Management şirkətləri ilə əməkdaşlıq edir, yerli və beynəlxalq layihələr həyata keçirir.

Komandamızı genişləndirmək üçün kreativ düşüncəli, sosial media trendlərini izləyən, vizual zövqü olan və nəticə yönümlü Social Media Specialist axtarırıq.

  1. 600 AZN əməkhaqqı + Şirkətin inkişafı və idarə olunan layihələrin həcminə uyğun əlavə bonus imkanları
  2. İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
  3. AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  4. Peşəkar və innovativ iş mühiti
  5. Yerli və beynəlxalq layihələrdə iştirak imkanı
  6. Rəqəmsal marketinq və beynəlxalq platformalar üzrə praktiki inkişaf imkanı

Öhdəliklər

  1. Instagram, LinkedIn, Google və digər platformalara uyğun video, story, post, reels və digər məzmunların hazırlanması və paylaşılması;
  2. Foto və video çəkilişlərinin təşkili, qısa video məzmunların hazırlanması və montajı;
  3. Sosial media hesablarının gündəlik idarə olunması, mesaj və şərhlərin cavablandırılması;
  4. Sosial media trendlərinin izlənilməsi, kreativ ideyaların və yeni formatların işə tətbiqi.

Tələblər

  1. Sosial media idarəçiliyi sahəsində praktiki təcrübə;
  2. CapCut və ya digər video montaj proqramları, Canva proqramı ilə sərbəst işləmək bacarığı;
  3. Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
  4. Kreativ düşüncə və vizual zövq;
  5. Müstəqil işləmək, məsuliyyətli olmaq və vaxtı düzgün idarə etmək;
  6. Komandada işləmək bacarığı.

Əlavə üstünlüklər:

  1. AI alətləri (ChatGPT, Gemini və s.) ilə effektiv işləmək;
  2. Google Ads və Meta Ads platformaları üzrə bilik;
  3. Daha əvvəl idarə etdiyi sosial media səhifələri və portfolio;
  4. Rəqəmsal marketinq və ya agentlik mühitində iş təcrübəsi;
  5. Xarici dil bilikləri.

Vakansiyaya müraciət et

Format (5 MB): doc, docx, pdf
Bu məlumatlar həm indi, həm də növbəti müraciətlər zamanı işəgötürənə təqdim olunacaq.

AD

Aventus Digital Consultancy
Social Media Specialist

600 - 700 ₼

Elanı Seçilmişlərə əlavə edin