Satış və distribusiya sahəsində geniş iş təcrübəsinə malikəm. Pərakəndə satış kanalları, şəbəkə marketlər (Key Account / Modern Trade) ilə əməkdaşlıq, satışın təşkili və müştəri bazasının genişləndirilməsi istiqamətində praktiki bilik və bacarıqlara sahibəm.
İş fəaliyyətim ərzində satış planlarının icrası, yeni satış nöqtələrinin cəlb edilməsi, debitor borclarına nəzarət, məhsul dövriyyəsinin artırılması və müştərilərlə işgüzar münasibətlərin qurulması sahəsində təcrübə qazanmışam.
Məsuliyyətli, ünsiyyətcil və nəticəyönümlü yanaşmamla çalışdığım şirkətin satış hədəflərinə nail olmasına töhfə verməyi qarşıma məqsəd qoyuram.