Məsuliyyətli, diqqətli və öyrənməyə açıq biriyəm. Ofis işləri, sənədləşmə, xarici şirkətlərlə yazışmalar və iş proseslərinin koordinasiyası sahəsində təcrübəm var. Word, Excel və 1C proqramlarından istifadə edə bilirəm. Komandada işləməyi bacarıram, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışıram. Yeni bilik və bacarıqlar əldə etməyə, peşəkar inkişaf etməyə həvəsliyəm.
Tam orta təhsil (11 sinif).
Xaricdən idxal olunan tibbi məhsullar üzrə tələb olunan sənədlərin toplanması və hazırlanması.
• İdxal sənədlərinin Analitik Ekspertiza Mərkəzinə təqdim edilməsi və məhsulların idxalı üçün icazə prosesinin izlənməsi.
• Xaricdən gətiriləcək məhsulların Analitik Ekspertiza Mərkəzində qeydiyyata alınması üçün zəruri sənədlərin toplanması, hazırlanması və təqdimat prosesinin koordinasiyası.
• Məhsullar üzrə sertifikatların, müşayiətedici sənədlərin və digər tələb olunan sənədlərin xarici təchizatçılardan əldə edilməsi və sistemləşdirilməsi.
• Ofis sənədlərinin toplanması, qaydaya salınması, mühafizəsi və arxivləşdirilməsi.
• Xarici şirkət və təchizatçılarla işgüzar yazışmaların aparılması və məlumat mübadiləsinin koordinasiyası.
• Şirkətin sosial media səhifəsinin idarə olunması, məhsullar üzrə reklam postlarının mətn və vizual məzmununun hazırlanması.
• Tibbi məhsulların idxalı üzrə sənədləşmə
• Analitik Ekspertiza Mərkəzi ilə sənəd dövriyyəsi və qeydiyyat prosesinin koordinasiyası
• Ofis işlərinin təşkili və rəhbərliyə inzibati dəstək